Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib ki, ölkəsi Ukrayna hərbi birləşməsi komandirinin ölkəyə girişini qadağan edir.
Hafta.az-ın yazdığına görə, buna səbəb "Dostluq” (Drujba) neft kəmərinin partladılmasıdır.
“Dostluq” kəməri olmadan Macarıstanı xam neftlə təmin etmək mümkün deyil. Ukrayna bunu yaxşı bilir. Ukrayna bilir ki, "Dostluq" kəməri Macarıstanın enerji təhlükəsizliyi üçün vacibdir", - XİN başçısı qeyd edib.
Szijarto Ukraynanı bu hücumlarla “ilk növbədə Rusiyaya deyil, Macarıstana, eləcə də, Slovakiyaya zərər vurmaqda” etməkdə ittihamlayıb. “Dostluq” kəməri hücum zamanı son dərəcə ciddi zədə alıb. O qədər ciddi idi ki, təmir işləri çox uzun sürdü və biz az qala strateji, yaxud fövqəladə ehtiyatlarımızdan istifadə etməli olduq”, - nazir deyib.
Macarıstanın xarici işlər naziri qeyd edib ki, Budapeşt enerji təhlükəsizliyinə hər hücumu “suverenliyə hücum” hesab edir.
"Və, əlbəttə ki, suverenliyimizə edilən heç bir hücum cavabsız qala bilməz", - o, hədələyib.
Məhz buna görə də Szijarto qeyd edib ki, ölkəsi “son vaxtlar “Dostluq” boru kəmərinə belə ciddi hücumlar həyata keçirmiş hərbi hissə komandirinin Macarıstana və bütün Şengen zonasına daxil olmasını qadağan etmək” qərarına gəlib.
Bu qərarla sözügedən komandirin simasında Ukrayna vətəndaşının yaxın bir neçə il ərzində Macarıstana və Şengen zonasına daxil olmasına icazə verilməyəcək.
Macarıstanın xarici işlər naziri həmçinin əmin edib ki, ölkəsi gələcəkdə “milli maraqlarını qorumağa davam edəcək, enerji təchizatının təhlükəsizliyini və suverenliyini qoruyacaq.
“Və bizim enerji təhlükəsizliyimizə və ya suverenliyimizə hücum edən hər kəs bunun nəticələrini gözləməlidir. Bu məsələdə də belədir. Ona görə də biz “Dostluq” neft kəmərinə bu son dərəcə ciddi hücumu həyata keçirmiş Ukrayna hərbi hissəsi komandirinin Macarıstana və Şengen zonasına daxil olmasını yasaqlayırıq”, - deyə o, sözünü yekunlaşdırıb.